dastan danışmaq

to tell tales рассказывать сказки / пудрить мозги
dartıb almaq
daş atıb başını tutmaq*
OBASTAN VİKİ
Dastan
Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. == Azərbaycan dastanları == Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir. Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır.
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
Atropatena (dastan)
"Atropatena dastanı" — Vahid Məmmədlinin müəllifi olduğu Azərbaycanın ilk fentezi trilogiyası. «Koroğlu», «Dədə Qorqud» kimi Azərbaycan dastanlarından sonra XXI əsrdə yazılmış dastan, epos. Azərbaycan tarixinin Alban və Atropat dövrünün dastanı. Magiyalar və sehrlərlə, fantastik qəhrəmanlarla, detektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan bir kitabda toplanmış üç kitab. Trilogiya 11 ölkədə çap olunub. == Məzmun == === Birinci kitab === Trilogiyanın birinci kitabı «Albaner» adlanır. «Zaman o zaman idi ki, Qafqaz Albaniyası çarlığı Kiçik Midiya dövlətinin tərkibində idi. Çar Vaçaqan ölkədə xristianlığı qəbul etdirmək istədiyindən sehrbaz kahinlərin əli ilə öldürüldükdən sonra, Qüdsdən gələn müqəddəs Yelisey, Vaçaqanın oğlu Albaneri də özü ilə götürərək Paytakaran yaxınlığındakı gözdən- könüldən uzaq kəndlərin birindəki kilsədə gizlənmişdi. Kənd əhalisini daim müalicə edib onlara şəfa verən müqəddəs Yelisey, kəndlilərin sevimlisinə çevrilmiş, Çar oğlu Albaneri də əsl cəngavər kimi tərbiyə edib böyütmüşdü. Yeni Çar Vaçe, ölkədə sayı günü-gündən artan sehrbazları və cadugərləri, bütpərəst kahinləri, habelə, murdar sənəmlərə sitayiş edənləri sarayın həndəvərinə buraxmasa da belə, onların qəzəbindən qorxaraq müqəddəs Yeliseyi saraydan uzaqlaşdırmışdı.
Qay (dastan)
Şəhriyar (dastan)
Şəhriyar dastanı ― XVIII əsrdə yazılmış Azərbaycan dastanıdır. "Şəhriyar və Sənubər" xalq nağılı əsasında hazırlanmışdır. Şeir məzmununa və üslubuna görə təhlil və tədqiq edilmişdir. == Haqqında == Azərbaycanda XVIII əsrin ən mühüm ədəbi əsərlərindən biri hesab olunur. Əsərin müəllifinin kimliyi barədə dəqiq məlumat yoxdur. Bu dastan məşhur "Şəhriyar və Sənubər" adlı xalq dastanından istifadə edilərək yenidən işlənilmişdir. Əsərin müəllifi mənbələrdə şair və nasir kimi adı çəkilən Məhəmməddir. Dastan XVIII əsr yazılı ədəbiyyatımızın, xüsusən nəsrimizin gözəl nümunələrindəndir. "Şəhriyar"ın iki nüsxəsi bizə gəlib çatmışdır. Əsərlə tanışlıq göstərir ki, onun müəllifi Məhəmməd dövrünün adlı-sanlı şair və nasiri olmuşdur.
Dastan (teleserial, 2021)
Dastan (türk. Destan) — 23 noyabr 2021-ci ildə başlayan,15 sentyabr 2022-ci ildə bitən tarix və fiksiya janrlı türk serialıdır. Serial, qədim türklərin "Ağqız dastanı"na əsaslanır. 28 seriyadan ibarətdir. == Süjet == VIII əsr. Türklərin İslamı qəbul etməsindən əvvəl. Dağ xanın nəslinin qurduğu Dağ xanlığı və Göy xanın nəslinin qurduğu Göy xanlığı arasında mübarizə gedir. Buna səbəb, rusların və çinlilərin türkü türkə qarşı qoymasıdır. Bunu görən Dağ xanlığından Ağqız və Göy xaqanı Alpaqu xanın oğlu Batuqa Tegin Turanı qurub türkləri rusların və çinlilərin fitnəsindən xilas etməyə çalışır. Bu məsələdə onlara ən çox Batuqanın qardaşı Temur tegin yardım edir.
Sasunlu David (dastan)
Sasunlu David (erm. Սասունցի Դավիթ, Sasuntsi David; digər adlar Սասնա ծռեր, Sasna tserer, «Sasunlu igidlər», «Coşğun sasunlular» və Ջոջանց տուն, Cocants tunı, «Böyüklər evi», «Əcdadlar evi») — orta əsr erməni dastanı. Dastan Sasun (tarixi Ermənistan vilayətində yer, indi Türkiyədə yerləşir) döyüşçülərinin ərəb işğalçılarına qarşı mübarizəsindən bəhs edir. VIII–X əsrlərdə formalaşmışdır. Dastan dörd qoldan ibarətdir: birincisi – Sanasar və Bağdasar, ikincisi – Böyük Mher, üçüncüsü – David, dördüncüsü – Gənc Mher. Dastan ilk dəfə 1873-cü ildə xalq ədəbiyyatı tədqiqatçısı Qaregin Srvandztyants tərəfindən Arnist kəndində yaşayan Krpo adlı bir kəndlindən qeydə alınmışdır. Hal-hazırda Ermənistanın müxtəlif bölgələrində qeydə alınan dastanın əlli variantının akademik nəşri mövcuddur. Под ред. Е. М. Жукова. "давид сасунский" // Советская историческая энциклопедия.
Şah İsmayıl (dastan)
Şah İsmayıl — Azərbaycan məhəbbət dastanı. 10-a qədər variantı var. Bəzi tədqiqatçılara (məsələn, Həmid Araslı) görə dastan I Şah İsmayılın, digərlərinə görə (məsələn, Məmmədhüseyn Təhmasib) II Şah İsmayılın adı ilə bağlıdır. Dastanın xülasəsi belədir: oğlu İsmayılı çətinliklə tapan Şah onu xüsusi bir yerdə gizlədir. Şah İsmayıl ov edərkən Gülzar adlı qızla tanış olur və ona aşiq olur. Çoxlu macəralardan sonra Gülzarı atasının mülkünə aparır. Gülzara sahib çıxmaq istəyən şah oğlu İsmayılın gözünü kor edir. Lakin İsmayıl sağalır, atasının qisasını alır, hakimiyyətə gəlir və yenidən sevimli Gülzara qovuşur. Dastan qəhrəmanlıq motivləri ilə zəngindir. Bu baxımdan Ərəb Zəngi obrazı diqqəti cəlb edir.
Abbas və Gülgəz (dastan)
“Abbas və Gülgəz” – XVII əsr Azərbaycan məhəbbət dastanı. == Haqqında == Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi yolu ilə yaradılmışdır. Xalq içərisində sevilib geniş yayılan “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Məhəmməd və Güləndəm”, “Leyli və Məcnun” və s. dastanları bu qəbildəndir. Abbas və Gülgəz XVII əsrdə yaranmış Azərbaycan məhəbbət dastanlarından biridir. Ehtimal olunur ki, Aşıq Abbas Tufarqanlının həyatı və şeirləri əsasında qoşulmuşdur. == Məzmunu == Abbasın sevgilisi Gülgəz zorla şah sarayına aparılır. Abbas müxtəlif çətinliklərdən keçərək məhəbbətinə qovuşur. Dolğun lirik-epik surətlər, gərgin süjet xətti “Abbas və Gülgəz”-i orta əsrlər Azərbaycan məhəbbət dastanının kamil nümunəsi səviyyəsinə yüksəltmişdir. == Variantları == Dastanın indiyədək yeddi variantı toplanmışdır.
Xalça Haqqında Dastan (1985)
İqor polku haqqında dastan
"İqor polku haqqında dastan" (rus. «Сло́во о полку́ И́гореве») — İqor Svyatoslaviç Novqorod-Severskinin başçılıq etdiyi rus knyazlarının 1185-ci ildə poloveslərə qarşı uğursuz yürüşündən bəhs edən qədim rus ədəbi abidəs Dastanın mətni ritmləşdirilmişdir, lakin ritmləşmənin təbiəti və əsərin özünün janrı qeyri-müəyyən olaraq qalır və ədəbiyyatda tez-tez rast gəlinən “poema” anlayışı çox şərtlidir. Dastan özündə folklor obrazlarını, xristian və bütpərəstlik elementlərini birləşdirir. Onun mətnində süjetli povest, qəhrəmanların monoloqları, müəllifin lirik ekskursiyaları, Rusiyanın tarixinə ümumi baxış nəzərə çarpır. Dastan müəllifinin baş qəhrəman İqor Svyatoslaviçə münasibəti olduqca qeyri-müəyyəndir: müəllif onu bir tərəfdən rus və xristianlığın düşmənləri ilə döyüşən cəsur komandir kimi vəsf edir, digər tərəfdən onu məğlubiyyətlə nəticələnən özbaşına yürüşünə görə qınayır. Bütün bunlar dastanı orta əsr rus ədəbiyyatında analoqu olmayan unikal əsərə çevirir. Mütəxəssislər digər ədəbi mətnlərdə (xüsusən də “Zadonşina”da) bəzi paralellər tapırlar ki, bunu sözügedən dastanın təsiri ilə izah edirlər. İqor polku haqqında dastanın nə vaxt və necə yaradıldığı barədə heç nə məlum deyil. Əksər alimlər onun XII əsrin son rübündə, təsvir olunan hadisədən (çox vaxt 1185-ci ilə və ya bir neçə il sonra) qısa müddət sonra yazıldığını düşünürlər. Əvvəlcə dastan xalq qarşısında ifa olunmaq üçün nəzərdə tutula bilərdi və yalnız sonradan yazıya alına bilərdi.
Xalça haqqında dastan (film, 1985)
Xəzər neftçiləri haqqında dastan (film, 1953)
1949-1953-cü illərdə Bakı neftçiləri tərəfindən Xəzər dənizində neft yataqlarından istifadə olunması haqqında poetik hekayədir. Bu bədii-sənədli film nəinki Azərbaycan kinosunda, həm də bütünlükdə sovet sənədli kinematoqrafiyasının inkişafında görkəmli rol oynamışdır. Kino əsəri dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edir. Burada Neft daşlarının yaradılmasından, əmək qəhrəmanları Qurban Abbasov, Mixail Kaveroçkin və başqa neftçilərin hünərindən, ilk buruğun neft fontanı vurmasından, neftçilərin qəhrəmanlıq göstərərək buruqda baş verəcək fəlakətin-yanğının qarşısını almalarından danışılır. 1) 1960-cı ildə Rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov, Sergey Medınski filmə görə Lenin Mükafatı almışdır. 2008-ci ildə filmin ilk rəngli elektron nüsxəsi Rusiya arxivindən Dövlət Film Fonduna hədiyyə olunmuşdur. O vaxta qədər fondda filmin ağ-qara versiyası saxlanılırdı. Rejissor: Roman Karmen Ssenari müəllifi: İosif Osipov, İmran Qasımov, Roman Karmen Operator: Roman Karmen, Cavanşir Məmmədov, Arkadi Zenyavin, Sergey Medınski Bəstəkar: Qara Qarayev Səs operatoru: Ağahüseyn Kərimov İkinci rejissor: Məmməd Əlili Sualtı çəkilişlərin operatoru: F. Leontoviç Mahnıları ifa edən: Rəşid Behbudov Rəşid Behbudov Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist. — 1958.- 29 avqust.